Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 iyul Azərbaycan Hərbi Dəniz Donanması günü ilə bağlı dəyirmi masa keçirilib

25.07.2022

25.07.2022-ci il tarixdə  Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 26 iyul Azərbaycan Hərbi  Dəniz  Donanması  günü ilə bağlı dəyirmi  masa keçirildi. 
Tədbiri Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı.O, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Azərbaycanın  Hərbi Dəniz  Qüvvələri  1919-cu ilin avqustunda  ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb  sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Hərbi Nazirlikdə donanma ilə məşğul olan  bölmə olmadığından  Xəzər  hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat  Nazirliyində  baxılırdı. 1919-cu ilin sonlarında Baş qərargahı  nəzdində 6 ştat vahidindən  ibarət  xüsusi hərbi dəniz şöbəsi yaradıldı.
Sonra söz  Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  işçisi Hümbətova Aytaca verildi. O, bildirdi ki,  ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75,100 və 120 mm çaplı toplarla  silahlanmış iki kanoner  gəmisi- "Ərdahan" və "Kars ", "Astrabad", "Göytəpə", "Araz", xidməti və köməkçi  gəmiləri, "Oryol" nəqliyyat  gəmisi, silahlı "Puşkin" paraxodu,  həmçinin lazımi qədər  kater var idi. Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə  Bakı Dəniz  Aviasiyası  məktəbinin  bazasında  Xüsusi hərbi-dəniz aviasiya məktəbi, 1919-cu ilin oktyabrın  14-də isə dəniz aviasiyası dəstəsi yaradıldı.
Daha sonra söz Mədəniyyət Mərkəzinin metodisti Vəliyeva Leylaya  verildi. O, qeyd etdi ki,  yenidən  müstəqillik  əldə  etdikdən sonra  Azərbaycan  Respublikası  Parlamentinin  9 oktyabr  1991-ci ildə qəbul etdiyi "Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  haqqında " qanuna  əsasən  Silahlı Qüvvələrin tərkib hissəsi  kimi Hərbi Dəniz  Qüvvələrinin  yaranmasının hüquqi bazası müəyyən olundu. 26 iyul 1992-ci ildə "Bakılı" gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın  üçrəngli Dövlət  bayrağı qaldırıldı və Azərbaycan  öz  Hərbi Dəniz Qüvvələrini  yaratmağa başladı.

 

85.5 KB